Qarabağdakı Rusiya sülhməramlı hərbçisinin idarə etdiyi avtomobillə VAZ-2107 toqquşub.
Yeniavaz.com xəbər verir ki, qəza bu gün səhər saat 08:45 radələrində Xankəndi-Əsgəran yolunda baş verib.
Rusiyalı hərbçi, 1992-ci il təvəllüdlü İ. Y.-nın idarə etdiyi “HAVAL” markalı avtomobillə 1996-cı il təvəllüdlü yerli sakin Saruşen E.-nin idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub.
“VAZ-2107”nin sürücüsü sağ ağciyərinin sınığı və göyərmə xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun avtomobilində olan 4 qadın yerindəcə dünyasını dəyişib.

