Bakıda 37 dərəcə isti olacaq - Sabahın havası


Avqustun 13-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Şimal-şərq küləyi əsəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top