Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü Qarsda keçirilə bilər


Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş sentyabrda Qarsda keçirilə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin “Ulusal” məlumat yayıb.
Bildirilir ki, danışıqlarda iki ölkənin xarici işlər, ticarət və nəqliyyat qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Görüşün yekununa dair texniki məsələlərin hazırlanmasına başlanacaq.
Xatırladaq ki, bu günə qədər səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında 4 görüş baş tutub.
 

DİGƏR XƏBƏRLƏR

Top