Fuad Əsgərov işdən çıxarıldı


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri Fuad Əsgərov vəzifəsindən azad edilib.

Yeniavaz.com Apa-ya istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Əsgərov Fuad Cavanşir oğlu ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilib.

İnsan resursları sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq BŞTİ-nin əməkdaşına həvalə edilib.

DİGƏR XƏBƏRLƏR

Top