Azərbaycan paralimpiyaçıları İslamiadada bürünc medal qazandılar


Paralimpiyaçılarımız V İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazandılar.

Milli Paralimpiya Komitəsindən Yeniavaz.com-a verilən məlumata görə, kamandan oxatma idman növü üzrə milli komandamız miks və kişilərdən ibarət komanda növündə keçirilən yarışlarda bürünc medallara sahib çıxıblar.

Kişilərdən ibarət komandanın tərkibində Cahan Musayev və Əli Nəbiyev iştirak edib. Miks növündə isə ölkəmizi Cahan Musayev və Azadə Abdullayeva təmsil ediblər.

Qeyd edək ki, Konya 2021 V İslam Həmrəyliyi Oyunlarına ölkəmiz səkkiz paralimpiyaçı ilə qatılıb.

DİGƏR XƏBƏRLƏR

Top