Son sutkada neçə vaksin vurulub?


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 766 vaksin vurulub.
Bu barədə Yeniavaz.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza vaksin vurduranların sayı 1 116, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.
Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 834 313 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top