Rusiya XİN-dən Laçın dəhzili ilə bağlı - Açıqlama


“Rusiya tərəfi Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan və Ermənistanla müxtəlif səviyyələrdə daimi təmasdadır”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.
“Rusiya tərəfi həm ən yüksək səviyyədə, həm də Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Rusiyanın digər idarələri vasitəsilə Ermənistan və Azərbaycan tərəfləri ilə daimi əlaqə saxlayır. Bildiyiniz kimi, avqustun 2-də və 8-də Rusiya prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparıb. Azərbaycanlı və erməni həmkarları ilə təmasları nazirlər Sergey Lavrov və Sergey Şoyqu aparıb. Laçın dəhlizi ətrafında vəziyyət müzakirə mövzusudur. Azərbaycan və Ermənistan tərəflərinə uyğun həllərin əldə edilməsi üçün məsləhətləşmələr aparacağıq. Müzakirə olunan razılaşmaların təfərrüatlarını açıqlamayacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, avqust ayının 3-də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində 1 əsgərimiz şəhid olub. Daha sonra ordumuzun “Qisas” adı altında keçirdiyi anti-terror əməliyyatlarında separatçı rejimin 4 əsgəri məhv edilib, 19-u isə yaralanıb.
Ordumuz əməliyyatdan sonra bir sıra strateji yüksəkliklərə nəzarəti təmin edib.

DİGƏR XƏBƏRLƏR

Top