Gədəbəyin yeni icra başçısı Orxan Mürsəlov kimdir? - Fotolar


Xəbər verdiyimiz kimi, Orxan Çingiz oğlu Mürsəlov Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeniavaz.com xəbər verir ki, o, bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb və administrasiyada qərb bölgəsinin kuratoru kimi fəaliyyət göstərib.
Fəaliyyətinin tərkib hissəsi kimi, qərb bölgəsindəki rayonlarda, o cümlədən icra başçısı təyin olunduğu Gədəbəydə dəfələrlə olub və buradakı tədbirlərdə iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top