Azərbaycanda avtobusların 86 faizinin yaşı 10 ildən çoxdur - Rəqəmlər


Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin 80,2%-nin istehsal ili 10 ildən çoxdur.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ölkədə qeydiyyatda olan 1 milyon 349 min 307 ədəd avtomobilin 1 milyon 81 min 782-nin yaşı 10 ildən yuxarıdır. 204 min 332 ədəd və ya ümumi minik avtomobillərinin 15,1%-nin yaşı isə 5 ildən 10 ilə qədərdir. Bütün minik avtomobillərinin yalnız 63 min 193-nün və ya 4,7%-nin yaşı 5 ildən azdır.
Onu da bildirək ki, Azərbaycanda qeydiyyatda olan avtobusların da yaş göstəricisi minik avtomobillərilə eynidr. Qeydiyyatda olan 30 min 815 ədəd avtobusun 4,7%-nin ( 1 451 ədəd) yaşı 5 ildən azdır. Avtobusları 9,6%-nin (2 min 974 ədəd) yaşı 5 ildən 10 ilə qədər, 85,7%-nin (26 min 390 ədəd) yaşı isə 10 ildən yuxarıdır.
Yük avtomobillərinin isə cəmi 2,6%-nin (4 min 137 ədəd) yaşı 5 ildən azdır.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top