FTB-nin evinə basqın etdiyi Trampdan ilk açıqlama


ABŞ-ın keçmiş prezidenti Donald Tramp mülklərinin dəyəri ilə bağlı açılan istintaqla əlaqədar olaraq Nyu-York məhkəməsinə ifadə verməkdən imtina edib.
Yeniavaz.com
“Reuters”-ə istinadən xəbər verir ki, Tramp Nyu-York məhkəməsinə çağırıldığını və ABŞ konstitusiyasının 5-ci maddəsinə görə özü əleyhinə izahat verilməsi istəndiyini bildirib.
“Günahım yoxdursa, 5-ci maddəyə görə niyə ifadə verməliyəm, deyə soruşdum. İndi bu sualın cavabını bilirəm. Ailəniz, dostlarınız və tandığınız insanlar saxta xəbər mediasının hədəfində olanda başqa seçim şansınız qalmır. Buna görə də, vəkilimin tövsiyəsi ilə izahat verməkdən imtina etdim”-deyə o qeyd edib.
Qeyd edək ki, Nyu-york məhkəməsi “Trump Organization” adlı şirkətin mülkiyyətində olan göydələnlər və qolf meydançaları ilə bağlı maliyyə hesabatlarında saxtakarlıq olduğu iddiası ilə istintaq başladıb.
Bundan bir müddət öncə isə Trampın Floridada yerləşən malikanəsinə Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən basqın edilib.

DİGƏR XƏBƏRLƏR

Top