Mingəçevir Dövlət Universiteti publik hüquqi şəxsə çevrildi


Nazirlər Kabineti “Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, qərara əsasən, Mingəçevir Dövlət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Mingəçevir Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. 

Mingəçevir Dövlət Universitetinin Nizamnaməsi təsdiqlənib.

Elm və Təhsil Nazirliyinə bu qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Mingəçevir Dövlət Universitetinin qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top