Kamran Əliyev Britaniya səfiri ilə Londondakı hücumu müzakirə etdi


Baş prokuror Kamran Əliyevlə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp arasında bu gün keçirilən görüşdə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında fikir mübadiləsi aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında bildirilib. Xəbərə görə, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top