“Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafındakı strateji yüksəkliklərin halqasını bağlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Caliber”in yayımladığı təhlil-reportajında bildirilib.
Bildirilib ki, Silahlı Qüvvələrimiz şimaldan cənuba 100 kilometrdən çox ərazi boyunca uzanan Kiçik Qafqaz Qarabağ dağ silsiləsinin bütün strateji yüksəkliklərinə nəzarəti bərpa etməyə cəmi bir neçə saatdan bir sutkaya qədər vaxt sərf edib. Mövqelər dəqiqləşdirilərkən qanunsuz erməni silahlı birləşmələrinin bir neçə postu dağıdılıb, çox sayda qənimət götürülüb:
“Bu əməliyyatın miqyasını qiymətləndirmək üçün Kəlbəcərin Vəng kəndindən Laçına qədər məsafəni təsəvvür etmək lazımdır. Buzluq, Qırxqız, Üçdik, Sarıbaba və Laçındağın strateji yüksəkliklərini xəyalən birləşdirdikdə isə məsafənin böyüklüyünü daha yaxşı başa düşmək mümkündür. Silahlı Qüvvələrimiz silsilənin hər iki tərəfindəki əsas marşrutlara, kəndlərə və yaşayış məntəqələrinə nəzarəti ələ keçirib”.
Daha ətraflı: