Bakı aeroportunun enerji təchizatında fasilələr yarandı


Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aeroport məlumat yayıb. Bildirilib ki, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.
Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.

DİGƏR XƏBƏRLƏR

Top