Hacı Əliyev və iranlı rəqibi arasında insident oldu - Video


Üçqat Avropa və üçqat dünya çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Yeniavaz.com xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz İran idmançısı Morteza Hasanali ilə qarşılaşıb.
Qarşılaşmanın gedişində insident yaşanıb. Belə ki, güləşçimiz qazandığı xalların hesabına yazılmamasından narazılığını bildirib.
Belə olan halda hər iki güləşçi arasında gərgin anlar yaşanıb.
Lakin hesabda geridə olmasana baxmayaraq, əzmkarlıq nümayiş etdirən H.Əliyev (8:4) inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.


Qeyd edək ki, H. Əliyev yarımfinalda özbəkistanlı Umidjon Jalolova qalib gələrək finala vəsiqə qazanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top