Daxili İşlər Nazirliyindən (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisi əməkdaşlarının sərəncama götürülməsi ilə bağlı yayılan xəbərlər barədə açıqlama verilib.
Yeniavaz.com xəbər verir ki, DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev, polis əməkdaşlarının işdən çıxarılması ilə bağlı iddiaların əsassız olduğunu bildirib.
***14:34
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarıldığı deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sfera.az məlumat yayıb. Qeyd olunub ki, sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək sərəncama götürülüb.
Xatırladaq ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.
Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan?" deməsi isə sosial şəbəkəlrədə müzakirələrə səbəb olub.