Separatçı rejimin nümayəndəsi Azərbaycan rəsmiləri ilə Laçına gedib?


Qarabağdakı separatçı rejimin Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan avqustun 8-də Azərbaycan rəsmiləri ilə birlikdə Laçında olub və sakinlərə yaxın vaxtlarda Azərbaycan tərəfinə hansı evlərin təhvil veriləcəyini göstərib.

Yeniavaz.com xəbər verir ki, bu barədə qondarma rejimin Laçındakı nümayəndəsi Narek Aleksanyan məlumat yayıb.
“Balasanyan Azərbaycan rəsmiləri ilə olub, rus komandirləri də onların yanında idilər”, - Aleksanyan bildirib.
Bu haqda qondarma rejimin Təhlükəsizlik Şurasından sözügedən “Tetr.am” saytına bildirilib:
“Təhlükəsizlik Şurası katibinin Laçın şəhərinə səfəri Qarabağı Ermənistana birləşdirən yeni marşrutun tikintisinin gedişi ilə tanış olmaq üçün 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla şərtlənir. Səfər Qarabağda yerləşən Rusiya sülhməramlı qoşunları, eləcə də Azərbaycan tərəfinin nümayəndələri ilə birgə baş tutub”.


DİGƏR XƏBƏRLƏR

Top