İlkin hərbi qeydiyyata alınanlar narkoloji müayinədən də keçəcək


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan və ilkin hərbi qeydiyyata alınan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinə ilə yanaşı icbari narkoloji müayinəyə göndəriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarlarına edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün icbari narkoloji müayinəyə göndərilə bilər.
Eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sağlamlığının yoxlanması qaydasına Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə müvafiq Qanuna uyğun olaraq icbari narkoloji müayinədən keçmələri ilə bağlı müddəa əlavə edilib.

DİGƏR XƏBƏRLƏR

Top