Azərbaycanda insanlar ən çox bu sahələrdə işləyirlər - Siyahı


Bu il iyulun 1-nə olan məlumata görə Azərbaycan iqtisadiyyatında muzdla (əmək müqaviləsilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7% artaraq 1 milyon 720 min nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2%-i (330,2 min nəfər) təhsil, 18,6%-i (319,9 min nəfər) ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,6%-i (216,7 min nəfər) sənaye, 8,2%-i (141 min nəfər) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i (130,7 min nəfər) tikinti, 6,5%-i (111,8 min nəfər) dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i (73,9 min nəfər) nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i (61,9 min nəfər) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i (58,5 min nəfər) peşə, elmi və texniki fəaliyyət, 1,9%-i (32,7 min nəfər) maliyyə və sığorta fəaliyyəti, 14,1%-i (242,5 min nəfər) isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

DİGƏR XƏBƏRLƏR

Top