Məşhur diplomat ölümdən danışarkən vəfat etdi - Video


Tanınmış səudiyyəli diplomat Məhəmməd Əl-Qəhtani çıxışı zamanı qəflətən ölüb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Misirin paytaxtı Qahirədə keçirilən Ərəb-Afrika Konfransında baş verib.
Belə ki, Səudiyyə Ərəbistanının tanınmış diplomatı Məhəmməd əl-Qəhtani çıxış edərkən huşunu itirib və yerə yıxılıb.
İlkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, diplomatın son sözləri isə belə olub:
“Harada olursunuzsa olun, ölüm sizi tapacaq. Sağlam qəlblə Allaha qovuşmuş kəslərdən başqa heç kəs üçün heç bir məqam və dəyər yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top