Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,7 milyard manatlıq, o cümlədən 15 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istehlakçıların ümumi xərclərinin yarıdan çoxu – 56,2%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 379,8 manatlıq, o cümlədən 213,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,3 manatlıq qeyri-ərzaq malları alıb.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb. Nəticədə ötən il insanlar ümumi xərclərinin 53,9%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf edib.
A. Cəfərov