Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub. Fotodakının Elman Nəsirov olmadığı, “Photoshop”dan istifadə etdiyi ehtimal edilib.
Yeniavaz.com xəbər verir ki, Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib: “Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/8/10/1/8f2e3345-3563-451a-b978-d788ab35cdfd/elman-nesirov-idmanci.jpg)