Bərdə Xalq Teatrının fəaliyyəti genişləndiriləcək - Fotolar


“Regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, mədəniyyət sahəsinin təkmilləşdirilməsi ilə bağlı layihələrin icra olunması, beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulması ilə bağlı işlər həyata keçirilir”.

Bunu son 3 ayda mədəniyyət sahəsində görülən işlərlə bağlı Yeniavaz.com-a danışan Bərdə Regional Mədəniyyət idarəsinin rəisi Vəsilə Möhsümova deyib.

V. Möhsümova bildirib ki, mədəniyyət müəssisələrində müxtəlif mövzularda bir neçə layihər həyata keçirilib:

“Mədəniyyət işçiləri şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir. Bu ənənə davamlı olaraq mədəniyyət işçiləri tərəfindən həyata keçiriləcək. Regionda mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində regional idarənin üzərinə böyük vəzifələr düşür və bundan sonra da çalışacıq ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək. Regionun mədəniyyət sahəsində müxtəlif layihələr həyata keçirmək, əhaliyə göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək kimi görüləcək işlər regional idarənin qarşısında duran əsas hədəflərdəndir. Eyni zamanda tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsinə nəzarət baxımından 2021-ci ildə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində əhəmiyyətli layihələr reallaşdırılıb.
Məlumdur ki, Prezident İlham Əliyev 2019-cu il oktyabrın 22-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq, bölgələrdə regional idarələr fəaliyyətə başlayıb. Bu idarələrin yaradılmasında məqsəd dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi, idarəçilikdə səmərəliliyin təmin edilməsi, eyni zamanda, daşınmaz tarix və mədəniyyət abidələri və qoruqların mühafizəsinin müasir səviyyədə təşkili, müasir texnologiyaların və aparıcı beynəlxalq təcrübənin tətbiqindən ibarətdir. Hazırda bu idarələrin maddi-texniki bazalarının formalaşdırılması istiqamətində işlər davam etdirilir”.

Vəsilə xanımın sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində mütamadi olaraq müxtəlif layihə və tədbirlər həyata keçirilir. O, həmçinin Bərdədə mədəniyyət sahəsində görülən işlərdən də söz açıb. Bildirib ki, İdarənin təşkilatçılığı ilə hər bir əlamətdar gün qeyd edilib:

“Bu günlərdə Azərbaycan kinosu günü qeyd olunub. Bərdə rayon Qaradəmirçi kəndində açıq havada film nümayişi də olub. Bu kimi tədbirlər kənd sakinləri arasında böyük maraqla qarşılanır. Məqsəd kənd sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi, onların kino sahəsinə olan maraqlarının daha da artırılması və milli-mənəvi dəyərlərimizi təbliğ edərək gələcək nəsillərə ötürməkdir”.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova həmçinin Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Bərdə Xalq Teatrının yaradıcı heyəti ilə keçirilən görüşdən də söz açıb. O, teatr sənətinin mədəniyyət həyatında vacib rol oynadığını vurğulayaraq bildirib ki, teatrın fəaliyyəti ilə yaxından maraqlanır. Qeyd olunub ki, mədəniyyətimizin inkişafında, teatrların fəaliyyətlərinin dəstəklənməsində dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Görülən işlər, imzalanan sənədlər bu sahənin daha da inkişafına və işin günün tələbləri səviyyəsində qurulmasına xidmət edir. Görüşün keçirilməsində məqsəd Bərdə Xalq Teatrının fəaliyyətinin genişləndirilməsi, teatr üzvlərini dinləmək, onları narahat edən məsələlərin, mövcud problemlərin həlli yollarını tapmaqdır.

Eyni zamanda Bərdədə Vəsilə xanım vətəndaş qəbulunun keçirildiyini də vurğulayıb. Bərdə, Mingəçevir, Tərtər, Yevlax rayonlarının sakinləri aidiyyəti üzrə qəbula gəlirlər. Qəbulda vətəndaşların müraciətləri regional idarənin rəisi tərəfindən dinlənilir, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilir. Digər müraciətlər isə araşdırılaraq, qanunlarımız çərçivəsində həll edilməsi və müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınır.

Sonda Vəsilə xanım turizmlə bağlı fikirlərini də bizimlə bölüşüb. Bildirib ki, Bərdə, Tərtər, Yevlax və Mingəçevir Aran, Qarabağ zonası kimi çox mühüm strateji bir məkanda yerləşir:
"Bu məkanda əməkdaşlıq platforması çərçivəsində işlər qurulmalıdır. 4 bölgənin mədəni turizm bölgəsinə çevirilməsi üçün aidiyyəti qurumlarla iş birliyinin yaranmasına önəm veriləcək".





Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top