Bayden Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı sənədləri imzaladı


ABŞ prezidenti Co Bayden Finlandiya və İsveçin NATO-ya daxil olmasını ilə bağlı sənədləri imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, imzalanma mərasimi Ağ Evin saytında yayımlanıb.
"Bu addım Avropanı və bütün dünyanı daha təhlükəsiz edəcək. Müttəfiqlərimizlə birlikdə görmək istədiyimiz gələcəyi formalaşdıracağıq", - deyə ABŞ prezidenti bildirib".
Qeyd edək ki, bu ölkələrin üzvlüyünün tam ratifikasiyası üçün Şimali Atlantika Alyansına üzv olan bütün ölkələrin müvafiq sənədləri milli səviyyədə təsdiqləmələri zəruridir.
AB, protokolları imzalayan 30 ölkədən 23-cüsüdür.
 

DİGƏR XƏBƏRLƏR

Top