Yevlaxdakı yanğın söndürüldü, xəsarət alan var - Video + Yenilənib

Yevlax şəhərində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın söndürülüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Yevlax şəhərində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə məlumatda bildirilir.


***20:02
Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın söndürülüb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hazırda soyutma işləri aparılır. 

TƏBİB-dən bildirilib ki, yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Bir nəfər əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.


19:23
Yevlax rayonunda güclü yanğın olub.
Yeniavaz.com
 xəbər verir ki, Yevlaxda Qanboy Quliyev küçəsində yerləşən yataqxanada güclü yanğın baş verib. Sakinlər binadan təxliyə edilir. Yanğının söndürülməsi üçün Yevlax və Bərdə rayon dövlət yanğından mühafizə hissələrinin canlı qüvvələri və texnikaları hadisə yerinə cəlb edilib.
Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top