"Təzəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar söküldü - Foto


“Təzəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən sökülüb.

Yeniavaz.com xəbər verir ki, bu haqda Dövlət Xidməti məlumat yayıb.

Dövlət Xidməti “Təzəbəy hamamı”nın fasadına bərkidilən fiqurlarla bağlı qurumun müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə abidənin xüsusi mülkiyyətçisi tərəfindən nümayiş edilən anlayışa və həmrəylik nümayişinə görə təşəkkür edib:

“Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq. Təbii ki, qanunun pozulması yolverilməzdir. Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmırdı, ancaq qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi”.
 


DİGƏR XƏBƏRLƏR

Top