Bağçalara işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi hazırlandı


2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb.

Bu barədə Yeniavaz.com-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, sənədlər toplusu məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub.

Məlumat kitabçasında namizədlərin müsabiqəyə hazırlığına yardım etmək üçün müxtəlif fənlər üzrə əsas mövzular verilib.

Keçidə daxil olaraq çərçivə sənədi ilə tanış ola bilərsiniz:

https://miq.edu.az/upload/mektebeqeder.pdf

DİGƏR XƏBƏRLƏR

Top