Ağdam xəstəxanasında kütləvi zəhərlənmə


Ağdam Mərkəzi Rayon Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.
İlkin məlumata görə, şöbədə çalışan 12 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə olunur.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.
Ağdam Mərkəzi Rayon Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top