Rusiyadan ABŞ-a nüvə silahları ilə bağlı çağırış


Rusiya rəsmi Vaşinqtonu üçüncü ölkələrdən nüvə silahlarını çıxarmağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski deyib.
İqor Vişnevetski bildirib ki, NATO açıq şəkildə özünü nüvə ittifaqı elan edir və ABŞ öz  nüvə silahlarını onlardan istifadəni sınaqdan keçirən qeyri-nüvə ölkələrinin ərazisində yerləşdirir.
O, ABŞ-ın bu fəaliyyətlərini təhlükəsizliyə mənfi təsir edən, nüvə münaqişəsi riskini artıran amil adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top