“Payızda karantin tətbiq oluna bilər” - TƏBİB rəsmisi


“Payızda koronavirus pandemiyası ilə bağlı müəyyən karantin tədbirləri həyata keçirilə bilər”.

Yeniavaz.com xəbər verir ki, bunu “ATV Xəbər”ə müsahibəsində TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

“Biz üzü payıza doğru gedirik. Havaların sərinləşməsi, soyuması başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin həddən artıq artmasına səbəb ola bilər. Bu, yenə də bizim səhiyyə sistemini yükləyəcəkdir. Ona görə müəyyən karantin tədbirləri də həyata keçirilə bilər”, - A. Qurbanov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top