"Azəristiliktəchizat"ın iki vəzifəli şəxsi işdən çıxarıldı


“Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri (Qalib Hüseynli və Araz Məmmədov) tutduqları vəzifələrdən azad ediliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səhmdar cəmiyyət xəbər yayıb.
Məlumata görə, buna səbəb onların 2022-2023-cü illər payız qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsidir.
Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top