Narkotik satan şəxs "peşmanam" dedi - Video


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon sakini, Samir Allahquliyevin üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan 20 kiloqramdan artıq marixuana və 20 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib.
Faktla bağlı Xaçmaz  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Allahquliyevin  barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top