"Qarabağ" ÇL-də cavab matçına çıxır - İtkilər var


Bu gün “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Yeniavaz.com xəbər verir ki, Ağdam klubu səfərdə Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İki əsas mərkəz müdafiəçisi - komandanın kapitanı Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək.

Xatırladaq ki, cütün Bakıda keçirilən ilk oyununda 1-1 hesablı bərabərlik qeydə alınıb.

Qeyd edək ki, bu cütün qalibi pley-offda “Şerif” (Moldova) - “Viktoriya” (Plzen, Çexiya) duelinin güclüsünə rəqib olacaq. “Ferentsvaroş” - “Qarabağ” cütündə uduzan tərəf Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) - “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə qarşılaşacaq. Mərhələni adlayan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

DİGƏR XƏBƏRLƏR

Top