
İsveç, Danimarka və Norveç müdafiə sahəsində əməkdaşlığı dərinləşdirir.
Yeniavaz.com TASS-a istinadla xəbə verir ki, həmin ölkələr bir-birlərinin hərbi infrastrukturundan istifadə imkanları haqqında saziş imzalayıblar. Bu barədə Müdafiə nazirləri Piter Hultqvist, Morten Bödskov və Byorn Arrild Qram İsveçin cənubundakı Malmö şəhərində birgə mətbuat konfransında bildiriblər.
"Bizim razılaşmamız var ki, ölkələrə bir-birinin hərbi infrastrukturundan, eləcə də hava məkanından istifadə etməyə icazə verilir. Biz təhlükəsizliyi necə təmin edəcəyimizə dair birlikdə plan hazırlamalıyıq, sonra daha çox koordinasiya edə bilərik. Münaqişə halında döyüş əməliyyatlarını hazırlaya və keçirə bilərik. Ümumiyyətlə, bu, Baltik dənizinə nəzarət etməyə və böhran vəziyyətlərində birlikdə məsuliyyəti öz üzərinə götürməyə imkan verir”, - deyə vurğulanıb.