Türkiyə tezliklə Suriyanı terrorçulardan təmizləyəcək - Ərdoğan


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyada 30 kilometrlik təhlükəsizlik zonası qurmaq planlarını təsdiqləyib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan yaxın gələcəkdə həmin bölgənin ətrafını bütün terrorçulardan təmizlənəcəyini qeyd edib. "Terrora qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Cənub sərhədləri boyunca 30 kilometr dərinlikdə təhlükəsizlik zonası qurmaq qərarımız dəyişməz olaraq qalır. Ümid edirəm ki, yaxın gələcəkdə Suriyada terror təşkilatının yerləşdiyi son ərazini də təmizləyəcəyik”, - deyə o qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top