"Şamaxinka"da kimsəsiz uşaqlar yağışın altında gecələyir? - Fotolar + Açıqlama


Bakının “Şamaxinka” adlanan ərazisində yerləşən parkdan kimsəsiz olduqları iddia edilən uşaqların görüntüləri yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.
İddia edilib ki, 5 kimsəsiz uşaq “Şamaxinka”da yerləşən parkda yağışın altında gecələyir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, azyaşlılar və anası polis polis əməkdaşları tərəfindən müəyyən olunub:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sığınacağa yerləşdirilməsi təmin olunur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu da məsələ ilə bağlı açıqlama verib:
“Ana və uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sığınacağa yerləşdirildi”.





DİGƏR XƏBƏRLƏR

Top