Laçından çıxarkən evini yandıran ermənilərə kompensasiya verilməyəcək?


Bir qrup QHT təmsilçisi Ermənistanın paytaxtı İrəvandakı ABŞ səfirliyi qarşısında Laçın şəhəri və Zabux kəndinin Azərbaycana təhvil verilməsinə görə etiraz aksiyası keçirib.
Yeniavaz.com
xəbər verir ki, etirazçılar Xankəndidəki seperatçı rejim rəhbərliyini “xəyanətda” ittiham ediblər. İddia ediblər ki, “yerli rəhbərlik” Laçın və Zabuxa gələrək burda yaşayan ermənilərdən avqust ayının 25-ə kimi bölgəni tərk etmələrini istəyib.
Bildirilir ki, Xankəndidəki seperatçı rejimin “ərazi və infrastruktur naziri” Hayk Xanumyan Zabux sakinlərindən kəndi tərk edərkən evləri yandırmamalarını tələb edib. İddia edilir ki, Hayk Xanumyan yaşadığı evi yandıran şəxslərə kompensasiya verilməyəcəyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top