Goranboya dolu düşüb - Video


Goranboy rayonunda əvvəlcə leysan yağış yağıb, ardından doluya çevrilib.

Yeniavaz.com xəbər verir ki, təbiət hadisəsi rayon mərkəzi ilə yanaşı, Qızılhacılı qəsəbəsində, Boluslu, Məşədiqaralar kəndlərində də müşahidə edilib.
Həvəskar kardlardan da göründüyü kimi ölçüsü qoz, fındıq boyda olan dolu yağışı 10 dəqiqəyə yaxın davam edib. Dolu payızda yetişən meyvələrə zərər vurub.
Həmçinin rayonun Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndlərində elektrik enerjisi verlişində fasilələr yaranıb.






Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top