Bakıda səkinin ortasından qaz xətti çəkilib - Video + Açıqlama


Bakı şəhərində piyadalar üçün nəzərdə tutulan səkinin üzərində qaz xətti çəkilib.
Yeniavaz.com
xəbər verir ki, sözügedən hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Həvəskar çəkiliş zamanı qaz xəttinin asfalt yolun kənarında piyadalar üçün nəzərdə tutulan səkinin üzərində olduğu görüntülənib və vətəndaşların gediş-gəlişini çətinləşdirdiyi bildirilib.
Sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı “Azəriqaz”-dan Yeniavaz.com-a bildirilib ki, problem aradan qaldırılıb və qaz xəttinin yeri dəyişdirilib.
“Sözügedən qaz xətti həqiqətən Baklxanov ərazisindədir. "Azəriqaz" İstehsalat Birliyi olaraq biz bu məsələdən məlumatlıyıq. Deməli o xətt “Aygün City” ticarət mərkəzinə gedir. Bununla bağlı ticarət mərkəzinin özü ilə də danışmışıq. Sonradan məlum oldu ki, bu xətt SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin balansına aiddir. Ona görə də Birlik olaraq qərara gəldik ki, bu xətt vətəndaşlara hər hansı bir formada problem yaradır, maneçilik törədirsə həmin xəttin yerinin dəyişdirilməsi məqbuldur və məqsədəuyğundur. Bu baxımdan həmin xəttin 105 metrlik səkidə olan hissəsi vətəndaşlara mane törətməyəcək yerə köçürüldü”.
"Azəriqaz"dan səkinin son halının görüntüləri də redaksiyamıza təqdim edilib:


Nazim Hacıyev

DİGƏR XƏBƏRLƏR

Top