
Çin rəsmiləri Sarı dənizdə və Boxayvan dənizində hərbi təlimlərə başlayacaqları ilə bağlı məlumat yayıblar.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Tayvan tərəfi buna cavab olaraq adanın cənubunda topçu təlimlərinə başlayacaqlarını bildirib.
Rəsmi Pekin 8 avqust - 8 sentyabr tarixlərində Sarı dənizdə, 7-15 avqustda isə Boxayvan dənizində hərbi təlimlərin baş tutacağını qeyd edib.
Tayvan tərəfi baş tutacaq təlimlərin “Çinin Tayvan adasını işğal planının simuliyasiyası” adlandırıb.