Rusiya Ukrayna şəhərlərini yenidən raket atəşinə tutub - Video


Bu gün axşam saatlarında Ukraynanın bir neçə şəhərində güclü partlayış səsləri eşidilib.
Yeniavaz.com
UNİAN-a istinadən bildirir ki, bölgədə partlayışlar barədə məlumatı Vinnitsa şəhərinin meri Sergey Morqunov da təsdiqləyib.
"Vinnitsa vilayətində partlayışa bənzər səslər eşidilir. Rəsmi məlumat gözləyirik. Vinnitsa şəhərinin ərazi icmasının ərazisində heç bir fövqəladə hal qeydə alınmayıb. Hava hücumu bitənə qədər sığınacaqlarda qalın", -  Vinnitsa şəhərinin meri qeyd edib.
Kremençuq şəhərinin meri Vitali Maletski də partlayışa bənzər səslərin olduğunu bildirib.  
Sosial şəbəkələrdə Vinnitsa şəhərinin üzərindən keçən raketin video görüntüsü yayılıb.


.

DİGƏR XƏBƏRLƏR

Top