
Taxılla yüklənmiş daha 4 gəmi Ukrayna limanlarından İstanbula doğru yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi xəbər verir.
Qeyd edək ki, iyulun 22-də Ukrayna və Rusiya Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin dəstəyi ilə Ukrayna limanlarından taxıl və bitki yağının daşınmasına dair saziş imzalayıblar.