“Amnesty International” Ukrayna ilə bağlı hesabatına görə üzr istəyib


"Amnesty İnternational" təşkilatı Ukraynanı hərbçilərin mülki şəxsləri təhlükə altına atmaqda ittiham etdiyi hesabatına görə üzr istəyib. 
Yeniavaz.com
Reuters-ə istinadən xəbər verir ki, təşkilat hesabatına görə təəssüfləndiyini bildirib. 
Məlumat üçün bildirək ki, "Amnesty International" Ukraynanın 19 şəhər və kəndinə səfər edib. Təşkilat hesabatda öz nəticələrini dərc edib. Ukrayna qoşunlarının və silahlarının yaşayış massivlərində yerləşməsi faktı vurğulanıb ki, bu da mülki əhalini təhlükə altında qoyur.  
Ukrayna tərəfi iddia edir ki, Rusiya tərəfi bu hesabatı təbliğat məqəsədilə istifadə edir. Hesabat Rusiyaya Ukraynanın dinc əhalidən “insan qalxanı” kimi istifadə etdiyini iddia etmək imkanı verib. 
Ukraynanın Reinteqrasiya Nazirliyinin rəhbəri İrina Vereşçuk "Amnesty İnternational"-ın bəyanatını “absurd və təhqiramiz” adlandırıb. Ukrayna prezidenti Vladimir Zelenski isə "Amnesty İnternational"-ı Rusiyanı "təmizə çıxarmağa" cəhd etdiyinə görə qınayıb .
"Amnesty İnternational" təşkilatının Ukraynadakı rəhbəri Oksana Pokalçuk QHT-nin Ukrayna ilə bağlı hesabatına görə istefa verib .
 

 

DİGƏR XƏBƏRLƏR

Top