İstanbulda yaşayan 60 yaşlı azərbaycanlı fotoqrafçı qadının maraqlı həyat hekayəsi - Fotolar


Türkiyənin dövlət xəbər agentliyti - "Anadolu Agentliyi" İstanbulda yaşayan azərbaycanlı qadın fotoqrafçı Təzəgül Eğilmez haqqında reportaj hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, Təzəgül Eğilmez İstanbulun Üsküdar rayonunda fəaliyyət göstərən "Foto Gül" adlı fotoqraf mağazasının sahibidir.  

1962-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olduğunu bildirən Eğilmez, "Uşaqlığım Sovet dövründə keçib, 12 il orada oxudum. Sonradan ailə qurdum, uşaqlarım oldu. Yaşadıq. 1990-cı illərdəki Qarabağ müharibəsinə qədər orada normal həyat var idi”, - deyib. 
Müharibə illərində çox çətinlik çəkdiyini dilə gətirən Eğilmez, "Maddi vəziyyət ağır idi, iş yox idi. Uşaqlarım çox kiçik idi, ona görə də 1994-cü ildə 33 yaşım olanda övladlarımı Gəncədə qoyub Türkiyəyə gəlməyə qərar verdim, dolanmaq üçün”, - deyib.

“Quru çörəyi isladıb, yedim, heç kimdən pul istəmədim”
İstanbula ilk gəlişində çətinlik çəkdiyinə deyən Eğilmez deyir ki, bir həftə küçədə yatıb: "Kimsəm yox idi, davamlı iş axtarırdım. Quru çörəyi isladıb, yedim. Heç kimdən pul istəmədim, yalvarmadım”.

Daha sonra Ataşehirdə bir restorana iş üçün müraciət etdiyini söyləyən Təzəgül Eğilmez yollarının fotoqrafçılıqla necə kəsişdiyini belə izah edib: “Qayışdağı yaxınlığında 24 saat açıq restoran gördüm. Soruşdum. Sağ olsun məni dükana qabyuyan kimi işə götürdülər. Qalmağa yerim olmadığı üçün gecələr qab yuyanda yatırdım. Əlavə iş kimi bankda təmizlik işləri görmək istəyirdim. İşə müraciət etmək üçün məndən şəkil istədilər. Oraya getdim, ən yaxın fotoqraf  "Foto Burak" idi. Sonra mağaza sahibi Abidin bəylə və bacısı ilə tanış oldum. Azərbaycandan olduğumu biləndə ailələri də azərbaycanlı olduğu üçün məni çox bəyəndilər. Elə o vaxt onun bacısı ilə vaxtaşırı söhbət etmək üçün ora getməyə başladım. Onların sayəsində mənə qayğı göstərdilər, mən də orada yemək bişirib xidmət etməyə başladım və Abidin bəylə evləndik. 
Uşaqlarım Azərbaycanda qaldı, evləndilər, işləri var, başqa ölkələrə gediblər. Amma 30 ildir ki, onları görə bilmirəm. Ancaq uzaqdan danışa bilərik. Artıq mənim övladlarım kimi deyillər". 




 

DİGƏR XƏBƏRLƏR

Top