Rusiyada Çin avtomobillərinin satışı 71 faiz artıb


Rusiyada Çin avtomobillərinin satışı keçən il 62,5%, 2022-ci ilin birinci rübündə isə 71% artıb. 
Yeniavaz.com
"Forbes" nəşrinə istinadən xəbər verir ki, bu ilin birinci yarısının nəticələrinə görə iki Çin brendi Rusiyada satış həcminə görə ilk 10 avtomobil istehsalçısına daxil olub. 
İyun ayında Çindən gələn avtomobillər Rusiya bazarının 20%-dən çoxunu təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə iki dəfə çoxdur. Yanvar-iyun aylarında Çin avtomobil sənayesi demək olar ki, 10,5 milyon avtomobil istehsal edib, onlardan 945 mini ixrac edilib (bir il əvvəlkindən 49,7% çox).

 

DİGƏR XƏBƏRLƏR

Top