İsrailli nazir İsraili Qəzzədəki hərbi əməliyyatları dayandırmağa çağırdı


“İsrail hərbçilərinin cümə günündən Qəzzə zolağında həyata keçirdiyi hərbi əməliyyatın məqsədləri ümumilikdə tamamlanıb və indi yeni itkilərin və əlavə zərərin qarşısını almaq üçün onun məhdudlaşdırılması lazımdır”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu sözləri İsrailin hərbi-siyasi məsələlər üzrə kabinetin üzvü olan səhiyyə naziri Nitzan Horovitz deyib.
"Düşünürəm ki, bu kampaniyanı mümkün qədər tez bitirməyə çalışmalıyıq", - deyə o, bildirib.
Baş nazir Yair Lapid isə bildirib ki, İsrail ordusu “İslami Cihad”ın yaratdığı təhlükəni aradan qaldırmaq üçün lazım olan müddətdə hərəkət edəcək.
Qeyd edək ki, cümə günü - avqustun 5-də İsrail ordusunun mətbuat xidmətindən bildirilib ki, hərbçilər “Sübh” əməliyyatı çərçivəsində Qəzzə zolağında “İslami Cihad” qruplaşmasının hədəflərini vurmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top