İsrailin bombardmanı nəticəsində Qəzzədə 29 nəfər ölüb - 6-sı uşaqdır


İsrailin Qəzzəyə endirdiyi hava zərbələri nəticəsində 6-sı uşaq olmaqla azı 29 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, səhər saatlarında Fələstin Səhiyyə Nazirliyi ölənlərin sayının 32 olduğunu bildirsə də, nazirliyin növbəti açıqlamasında altı uşaq və dörd qadın olmaqla, bu rəqəm 29-a endirilib.
Nazirlik bildirib ki, cümə günündən bəri İsrailin endirdiyi zərbələr nəticəsində 253 nəfər yaralanıb.
“İslami Cihad” qruplaşması buna cavab olaraq Qəzzədən Qərbi Qüdsə raket zərbələri endirib. Şahidlər İsrail icmalarında raket sirenləri və partlayış səslərinin eşidildiyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top