Saxlanılan ermənipərəst jurnalist sərbəst buraxıldı - Yenilənib


“Darya Aslamova redaksiyamızla əlaqə saxlayaraq Serbiya-Kosovo sərhədində yerləşən Raşka şəhərində olduğunu bildirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda“nın redaksiyasından məlumat verilib.
Bildirilib ki, o, avqustun 7-nə keçən gecə Kosovoda saxlanılıb, daha sonra sərbəst buraxılıb.

***10:26
Kosovo polisi rusiyalı jurnalist Darya Aslamovanı saxlayıb.
Yeniavaz.com
“Sputnik”ə istinadla xəbər verir ki, bu barədə Kosovonun daxili işlər naziri Celal Sveçliya məlumat yayıb.
O bildirib ki, Aslamova casusluqda şübhəli bilinir. Nazir ittihamların təfərrüatlarını açıqlamayıb.
“Bir çox ölkələr Aslamovanın Rusiya hərbi kəşfiyyatı üçün casusluqla məşğul olduğunu və özünü jurnalist kimi təqdim etdiyini sübut edib. Onun ölkəmizə daxil olmaq cəhdi ilə eyni vaxtda Ölkənin şimalında baş verən hadisələr Rusiyanın ölkəmizdə sabitliyi pozmaq üçün Serb təbliğatına qoşulduğunu açıq şəkildə sübut edir”, - deyə Kosovo Daxili İşlər Nazirliyinin rəhbəri öz feysbuk səhifəsində qeyd edib.
Jurnalist “Komsomolskaya Pravda” qəzetinin müxbiri kimi Kosovoya daxil olmaq istəyərkən Serbiya ilə sərhəddə həbs edilib.
Qeyd edək ki, “Komsomolskaya Pravda”nın xüsusi müxbiri olan Darya Aslamova, həmçinin Ukraynada Rusiyanın Tsarqrad təbliğat kanalında müharibə müxbiri kimi işləyib.
O, həmçinin Vətən müharibəsi zamanı işğalda olan Azərbaycan ərazilərinə səfər edərək erməni separatçıları ilə çəkilişlər edir, bunu öz "Youtube" kanalında yayımlayırdı.

DİGƏR XƏBƏRLƏR

Top