“İslami cihad”ın iki lideri öldürüldü


İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə - avqustun 6-da Qəzza zolağında “İslami Cihad” (PIJ) qruplaşmasının yüksək rütbəli lideri Xalid Mənsuru öldürüb.
Yenivaz.com
“Times of İsrael”ə istinadla xəbər verir ki, IDF rəsmilərinin məlumatına görə, Xalid Mənsur İsrailin Fələstinin Rəfah şəhərinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub. “İslami Cihad” bu gün səhər verdiyi açıqlamada onun ölümünü təsdiqləyib.
Qeyd olunub ki, o, cümə günü İsrailin hava hücumu nəticəsində öldürülən qruplaşmanın Qəzzanın şimalındakı komandiri Tayseer Cabarinin həmkarı olub. Bildirilib ki, Cabarinin öldürülməsi IDF-nin “Sübh açan” əməliyyatının açılış zərbəsi nəticəsində olub. IDF-nin hesablamalarına görə, o vaxtdan bəri PIJ İsrailə 580-dən çox raket atıb.

DİGƏR XƏBƏRLƏR

Top