
2 milyard dollarlıq vergidən yayınma iddiasında şübhəli bilinən amerikalı milyarder Robert Brokman 81 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edək ki, Brokman 2020-ci ilin oktyabrında 2 milyard dollar gəlirlə vergidən yayınmaqda ittiham edərək məhkəməyə verilib. Ömrünün son illərində Brokman demensiyadan əziyyət çəkdiyinə görə vəkilləri onun müttəhim ola bilməyəcəyini qeyd etmişdilər.
Xatırladaq ki, Brokman 1970-ci illərdə “Reynolds & Reynolds” firmasını quraraq 4,7 milyard dollar dəyərində sərvət qazanıb.
Səlahiyyətlilərin fikrincə, o, “Vista Equity Partners” şirkətinə investisiyalardan əldə etdiyi gəlirləri gizlətmək üçün ofşor sxemlərdən istifadə edib.